Əsas məzmuna keç

Mayın 31-i üçün hava proqnozu açıqlanıb

Mayın 31-i üçün hava proqnozu açıqlanıb

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

en ru

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 31-də Bakıda və yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağması ehtimalı var.

Temperatur və külək:

  • Mülayim cənub-qərb küləyi axşam saatlarında şimal-qərb küləyi ilə əvəzlənəcək.
  • Havanın temperaturu gecə 14-16°, gündüz 22-27° isti təşkil edəcək.
  • Atmosfer təzyiqi 760 mm sütunundan 756 mm civə sütununa enəcək.
  • Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.

Azərbaycanın bölgələrində isə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı, şimşək çaxması və dolu düşməsi gözlənilir. Gecə və səhər saatlarında duman müşahidə olunacaq, qərb küləyi isə bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17°, gündüz 25-29° isti, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 15-20°, bəzi yerlərdə 25° isti olacağı proqnozlaşdırılır.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…