Əsas məzmuna keç

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət 6100 DOLLAR

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət 6100 DOLLAR

Qafqaz Müsəlmanları İdarəsi 2027-ci ilin müqəddəs səfəri üçün qeydiyyatı açıq elan edir. Vüsal Cahangiri xidmət haqlarında dəyişiklik ehtimalını açıqladı.

en ru

2027-ci il ziyarəti üçün qəbulu keçən ilkindən də tez başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Cahangiri məlumat yayıb.

QMİ rəsmisi bildirib ki, ilkin olaraq bir nəfər üçün ziyarət paketinin qiyməti ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib:

“Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq”.

Vüsal Cahangiri qeyd edib ki, Həcc və Ümrə nazirliyinin tələblərinə görə sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ilkindən daha tez həyata keçirilməlidir. Buna görə, Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmadan qeydiyyata alınsınlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…