Əsas məzmuna keç

Sabah qar yağacaq: Sürücülərə xəbərdarlıq

Sabah qar yağacaq: Sürücülərə xəbərdarlıq

Fevralın 11-i Bakı və Abşeronda sulu qar, bölgələrdə şaxta gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin yollardakı buzlaşma anonsu ilə bağlı mühüm detallar!

en ru

Azərbaycanda fevralın 11-də bəzi yerlərdə hava şəraitinin dəyişəcəyi, və qar yağacağı proqnozlaşdırılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti proqnozlaşdırılır. Dağlarda gecə 5-10° , yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz isə 0-5° şaxta olacaq.

Sürücülərin diqqətinə: Bəzi yolların buz bağlayacağı ehtimalı var.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…