Əsas məzmuna keç

Sabah hava yağmursuz keçəcək

Sabah hava yağmursuz keçəcək

Milli Hidrometeorologiya Xidməti fevralın 2-si üçün rəsmi proqnozu açıqladı. Bakıda temperatur necə dəyişəcək? Rayonlardakı 17 dərəcə isti və duman xəbərdarlığı.

en ru

Azərbaycanda fevralın 2-də gözlənilən ilə bağlı rəsmi proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, Bakıda və yarımadasında hava dəyişkən buludlu olacaq, vaxtaşırı tutulacaq, əsasən yağmursuz keçəcək.

Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3–5°, gündüz 7–10° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm-ə yüksələcək. Nisbi rütubət gecə saatlarında 75–85%, gündüz isə 60–70% olacaq.

Regionlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gündüz bəzi ərazilərdə yağıntı, rayonlarda isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə arabir duman, qərb küləyinin isə bəzi ərazilərdə güclənəcəyi bildirilir.

Rayonlarda havanın temperaturu gecə 3–8°, gündüz 12–17° isti, dağlıq ərazilərdə isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5–10° isti olacaq.

Hava proqnozu

9° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 10° 9° yağış 64%
  2. Sabah Tutqun 12° 8°
  3. Birisi gün Buludlu 14° 10°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…