Operativ Məlumat Mərkəzi

Sabah Bakıda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

1 dəq
Paylaş:
Sabah Bakıda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
Oktyabrın 19-u və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə Bakının bir sıra küçə və prospektlərində...

Oktyabrın 19-u və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər