“Sabah” “Araz-Naxçıvan”a məğlub olub

“Sabah” “Araz-Naxçıvan”a məğlub olub
15.12.2023 17:04
Aa
dəq

Azərbaycan Premyer Liqasında XVII tur davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ikinci oyunu “Dalğa Arena”da keçirilib.

Rəqiblərini bu stadionda qəbul edən “Araz-Naxçıvan” “Sabah”ı sınağa çəkib.

Son iki turda qələbə qazanan bakılılar ardıcıl üç heç-heçəyə imza atan Naxçıvan təmsilçisinə məğlub olub. Hesab 39-cu dəqiqədə açılıb. “Sabah”ın müdafiəçisi Boyan Letiç tərs zərbə ilə topu öz qapılarından keçirib. 71-ci dəqiqədə isə Turan Manafov cərimə zərbəsindən baxımlı qol vurub.

Rəqibini 2:0 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” xallarının sayını 26-ya çatdırıb. “Sabah” isə 22 xalda qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz”lə “Sumqayıt” (1:1) heç-heçə ediblər, “Səbail” “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib. Dekabrın 16-da “Turan Tovuz” – “Zirə”, 18-də isə “Qarabağ” – “Neftçi” matçları reallaşacaq.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu