Əsas məzmuna keç

"Neftçi" "Araz-Naxçıvan"ı beş cavabsız qolla məğlub edib

"Neftçi" "Araz-Naxçıvan"ı beş cavabsız qolla məğlub edib

Misli Premyer Liqasının II turunda Breno Almeyda və digərlərinin qolları ilə parlayan paytaxt klubu Palms Sports Arenada rəqibinə şans tanımadı.

en ru

"Neftçi" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "ağ-qaralar" II turda doğma meydanda "Araz-Naxçıvan"ı məğlub edib.

"Palms Sports Arena"dakı qarşılaşma 5:0 hesabı ilə bitib.

Paytaxt təmsilçisinin qollarına 14 və 17-ci dəqiqələrdə Breno Almeyda, 35-ci dəqiqədə Falaye Sako, 41-ci dəqiqədə İqor Ribeyro, 90+1-ci dəqiqədə Endryu Qravilyon imza atıblar.

"Neftçi" ilk turda "Sumqayıt"ı üstələyib (3:1), "Araz-Naxçıvan" isə "İmişli" ilə qolsuz heç-heçə edib.

Günün ilk görüşündə "Turan Tovuz" "Şamaxı" ilə bərabərə qalıb - 0:0.

Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, ""ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…