Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya Ukraynanın liman infrastrukturuna zərbələr endirib

2 dəq
Paylaş:
Rusiya Ukraynanın liman infrastrukturuna zərbələr endirib

Rusiya Ukraynanın hərbi logistika infrastrukturuna qarşı növbəti genişmiqyaslı hücum həyata keçirildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya məlumat yayıb.

Məlumata görə, nəticəsində Silahlı Qüvvələrinin fəaliyyətinə xidmət edən limanlar, hərbi texnikanın təmiri ilə məşğul olan müəssisələr və dəniz gəmiləri hədəf alınıb.

Bildirilib ki, Çernomorsk limanında yerləşən avtomobil aqreqatları zavodu və hərbi texnikanın təmir olunduğu terminal vurulub. Həmçinin Odessanın cənubunda, eləcə də Nikolayev və Yujnı limanlarında lövbərdə olan dörd yük gəmisinin zədələndiyi qeyd olunub.

Nazirlikdən verilən məlumata əsasən, ötən gecə Rusiya ərazilərinə qarşı intensiv pilotsuz uçuş aparatı (PUA) hücumları da qeydə alınıb. Rusiya hava hücumundan müdafiə sistemlərinin 320-yə yaxın Ukrayna PUA-sını məhv etdiyi bildirilib.

Qeyd olunub ki, Leninqrad vilayətinin Krasnı Bor qəsəbəsində yerləşən “” anbarı da PUA hücumuna məruz qalıb. “RWB” şirkətinin açıqlamasına görə, anbarda baş verən yanğın qısa müddətdə lokallaşdırılıb və ilkin məlumata əsasən, xəsarət alan olmayıb.

Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik “TASS” agentliyinə açıqlamasında son bir həftə ərzində Ukrayna tərəfinin zərbələri nəticəsində 49 mülki şəxsin, o cümlədən 4 uşağın həlak olduğunu bildirib.

Miroşnik əlavə edib ki, Ukrayna operatorları ictimai nəqliyyatı hədəf almağa başlayıb və yay mövsümünün əvvəlindən etibarən 30-dan çox avtobus hücuma məruz qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax