Rusiya həlak olan 1000 Ukrayna hərbçisinin cəsədini Ukrayna tərəfinə təhvil verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski özünün teleqram kanalında məlumat yayıb.
“ Həlak olan 1000 Ukrayna əsgərinin cəsədi Ukraynaya təhvil verilib. Həlak olan 35 Rusiya əsgərinin cəsədi Rusiyaya qaytarılıb”, – deyə Medinski paylaşımında bildirib.