Əsas məzmuna keç

Türkiyə MN-dən İranla bağlı rəsmi bəyanat

Türkiyə MN-dən İranla bağlı rəsmi bəyanat

MSB rəsmi bəyanat yayaraq ABŞ-ın mümkün hücumu fonunda ordunun qonşu ölkəyə hərbi müdaxilə iddialarına aydınlıq gətirdi. Regiondakı risklər və sülh planı haqqında...

en ru

Milli , son günlər gündəmə gələn "ABŞ-ın İrana hücum edəcəyi təqdirdə türk ordusunun İran ərazisinə daxil olmağı planlaşdırdığı" barədə xəbərlərə rəsmi münasibət bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Nazirlik bu iddiaların qəti şəkildə əsassız olduğunu açıqlayıb.

Bəyanatda Türkiyənin regionda və sabitliyin təmin olunması istiqamətində diplomatik və hərbi səylərini davam etdirdiyi diqqətə çatdırılıb.

Nazirliyin açıqlamasında deyilir: “Türkiyə bölgədəki bütün münaqişələrin sülh yolu ilə həll edilməsini dəstəkləyir və davamlı sabitliyin təmin olunması istiqamətində fəaliyyətini sürdürür.”

“Eyni zamanda, yarana biləcək risklərə qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə zəruri tədbirlər görülür.”

Açıqlamanın sonunda vurğulanıb: “Bəzi mətbuat orqanlarında və platformalarında yer alan ‘ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, Türkiyənin də təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığı’ barədə iddialar həqiqəti əks etdirmir.”

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…