2024-cü il avqustun 1-dən etibarən ruslar İsrailə daxil olmaq üçün Elektron Səyahət İcazəsi (ETA) almalıdırlar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yaylb.
Turizm Nazirliyindən bildirilib ki, dəyişikliklər sərhəd nəzarətindən keçmə prosesini təkmilləşdirmək və vizasız rejim tətbiq olunan ölkələrdən gələn turistlərə şamil etmək məqsədi daşıyır.
May ayında Rusiya vətəndaşlarının 2023-cü ildə Şengen vizası üçün 520 min müraciət etdiyi və ümumi imtina nisbətinin yüzdə 10,6 olduğu bildirilmişdi.
Rusiya Federasiyası Çin, Türkiyə, Hindistan və Mərakeşlə yanaşı Şengen vizası üçün müraciətlərin sayına görə ilk beş ölkə arasında yer alıb.
2022-ci ildə ruslar 687 mindən çox müraciət edib, rədd cavabı 10,2 faiz təşkil edib.