Əsas məzmuna keç

"Rusiyaya təzyiq göstərmək üçün yeni sanksiyalar paketi üzərində işləyirik"

"Rusiyaya təzyiq göstərmək üçün yeni sanksiyalar paketi üzərində işləyirik"

Kaya Kallas Donald Tramp və Vladimir Putinin dizel razılaşmasını tənqid edərək, İlon Maskın Starlink məhdudiyyətlərinin Ukrayna üçün yaratdığı çətinliyi açıqlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Avropa İttifaqının (Aİ) və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya məsələsində Aİ ilə ABŞ arasında əməkdaşlığın hazırda çox çətin olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarivi KİV məlumat yayıb.

Kallas ABŞ Prezidenti Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə etmək qərarından təəssüfləndiyini bildirib.

"Rusiyaya göstərmək üçün yeni sanksiyalar paketi üzərində işləyirik. Təbii ki, bunu dünyanın bütün tərəfdaşlarımızla birlikdə həyata keçirəcəyimizə ümid edirik", - Kallas qeyd edib.

Onun sözlərinə görə, Avropa tərəfdaşlarını müharibəyə son qoymaq üçün təcavüzkar tərəfə təzyiq göstərməyin vacibliyinə inandırmağa çalışır.

"Əgər bu müharibəyə son qoymaq istəyiriksə, təcavüzkara təzyiq göstərməliyik. Çünki söhbət yalnız müharibəni dayandırmaqdan deyil, Rusiyanın gələcəkdə yeni müharibələrə başlamasının qarşısını almaqdan da gedir", - Aİ rəsmisi vurğulayıb.

Kallas Ukrayna Prezidenti Volodimir Zelenski ilə Donald Tramp arasında artan gərginliyə də toxunub. Bu gərginlik fonunda İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk rabitə sistemindən Ukraynanın istifadəsinə məhdudiyyətlər tətbiq edilib.

"Starlink Ukrayna üçün həqiqətən zəruridir. Təəssüf ki, Avropa qısa müddətdə bu imkanı əvəz edə bilməz. Məhz buna görə bu gün müdafiə qabiliyyəti məsələsini də müzakirə edirik", - Kallas bildirib.

Aİ-nin ali nümayəndəsi qarşıdan gələn qışın Ukrayna üçün olduqca çətin və ağır keçəcəyini də qeyd edib. Onun sözlərinə görə, Rusiya davamlı hücumlarını gücləndirir və Moskvanın müharibəni dayandırmaq niyyətində olduğuna dair heç bir əlamət görünmür.

"Rusiya tərəfinin bu müharibəyə son qoymaq istədiyini və ya hər hansı atəşkəsə hazır olduğunu göstərən əlamətlər görmürük. Buna görə də ukraynalılara sağ qalmaq və ölkələrini müdafiə etmək üçün kömək etməliyik”, – deyə Kallas vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…