Əsas məzmuna keç

“Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcəyik”

“Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcəyik”

Serbiya naziri Nenad Popoviç rəsmi Belqradın siyasi təzyiqlərə baxmayaraq, Kremlin enerji sektorundakı mövqeyini və tərəfdaşlıq əlaqələrini niyə qoruyur?

en ru

Serbiyanın beynəlxalq iqtisadi əməkdaşlıq məsələləri üzrə naziri Popoviç bəyan edib ki, ölkəsi güclü xarici təzyiqlərə baxmayaraq, Rusiyaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Biz Rusiyaya qarşı sanksiya tətbiq etməmişik və heç vaxt da tətbiq . Üzərimizdə çox böyük təzyiqlər, hətta siyasi təhdidlər var. Lakin biz mövqeyimizdə qətiyyətliyik və dostlarımızın kim olduğunu bilirik", – deyə nazir bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Serbiyanın əsas iqtisadi tərəfdaşı olaraq qalır, lakin mövcud vəziyyət dəyişir.

"Ölkənin sektoru böyük ölçüdə Rusiyadan asılıdır. Ən etibarlı qaz tədarükünü və ən əlverişli şərtləri məhz Rusiyadan alırıq", – o vurğulayıb.

Popoviç əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır və iqtisadi əlaqələr ümumilikdə böyük əhəmiyyət daşıyır.

Nazir sanksiyaları ən ədalətsiz alət adlandıraraq onların heç bir nəticə vermədiyini iddia edib.

"Heç bir ölkə sənaye suverenliyi olmadan dövlət suverenliyindən danışa bilməz. Hamı sanksiyaların ləğvini gözləyir, çünki bazarının böyük perspektivlər vəd etdiyini anlayır", – Popoviç vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…