Operativ Məlumat Mərkəzi

Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi

1 dəq
Paylaş:
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
bununla bağlı Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas X hesabında paylaşım edib. "Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib, digər...

Aİ xarici işlər nazirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib və Rusiya neftini daşıyan 200-ə yaxın tanker qara siyahıya salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas X hesabında paylaşım edib.

"Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib, digər şeylərlə yanaşı, 200 tankeri də hədəfə alıb. Yeni sanksiyalar artıq hazırlanır", - paylaşımda deyilir.

O, bu tankerlərin hansı ölkələrin bayraqlarının dalğalandığını açıqlamayıb. Onlara qoyulan məhdudiyyətlər Aİ limanlarına girişə və Avropa şirkətlərinin bu gəmilərlə hər hansı əməliyyatlarına qadağa qoyulması deməkdir.

Bundan əvvəl, Aİ xarici işlər nazirlərinin görüşünə gələn kimi Kallas bildirmişdi ki, Aİ ölkələri artıq Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində işləyirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər