Operativ Məlumat Mərkəzi

Rusiyanın Rostov vilayətində təhlükəsizlik binası yanıb

1 dəq
Paylaş:
Rusiyanın Rostov vilayətində təhlükəsizlik binası yanıb
sosial şəbəkələrdə yayılan dramatik görüntülərdə böyük alov binanın bəzi hissələrini bürüyüb, şəhərin hər tərəfində tüstü görülüb. Yerli sakinlər...

Rusiyanın cənubunda yerləşən Rostov şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) istifadə etdiyi bina yanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan dramatik görüntülərdə böyük alov binanın bəzi hissələrini bürüyüb, şəhərin hər tərəfində tüstü görülüb. Yerli sakinlər yanğından əvvəl güclü partlayış səsi eşitdiklərini bildiriblər.

Rusiya KİV-i fövqəladə hallar xidmətinə istinadən yanğınla bağlı məlumat yayıb və binanın FSB-nin regional sərhəd patrul bölməsinə aid olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər