Əsas məzmuna keç

Rusiyanın neft və təbii qaz gəlirləri yarıbayarı azaldı

Rusiyanın neft və təbii qaz gəlirləri yarıbayarı azaldı

Yanvarda Kremlin enerji ixracından daxilolmaları 393 milyard rubla geriləyib. G7 sanksiyaları və qiymət tavanı büdcəni sarsıdır. Bəs kəskin enişin səbəbi nədir?

en ru

Rusiyada neft və qazdan əldə olunan gəlirlər yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 50,1% azalaraq 393 milyard düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, neft qiymətlərinin ucuzlaşması və rublun xarici valyutalar qarşısında möhkəmlənməsi səbəbindən ölkənin ixracından əldə etdiyi gəlirlər azalıb.

Açıqlamada həmçinin neft və təbii qaz üzrə planlaşdırılandan daha çox gəlir itkisi yaşandığı vurğulanaraq, gəlirlərin yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə 50,1% azalaraq 393 milyard rubla düşdüyü bildirilib.

Qərb ölkələri Rusiyanın neft və təbii qaz sektoruna genişmiqyaslı sanksiyalar tətbiq edərkən, Rusiya da enerji ixracı üçün əsasən Asiya başda olmaqla müxtəlif bölgələrdə alternativ bazarlardakı payını artırmağa çalışır.

G7 və Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftə idxal qadağası və bir barel üçün 60 dollar tavan qiymət qərarları 5 dekabr 2022-ci ildə qüvvəyə minib.

Bu çərçivədə, Rusiya neftinin üçüncü ölkələrə müəyyən edilmiş tavan qiymətdən daha yüksək səviyyədə satılması halında, G7 və Aİ ölkələrindəki şirkətlər həmin neft üçün , sığorta və vasitəçilik kimi müxtəlif xidmətlər göstərə bilmirlər. Bu xidmətlərin təqdim edilməsi üçün Rusiya neftinin tavan qiymətdən aşağı səviyyədə ticarət olunması tələb olunur.

Qeyd olunan tavan qiymət həddi 2025-ci ilin iyul ayında 47,6 dollara endirilmişdi.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…