Əsas məzmuna keç

Rusiyanın iki bölgəsində neft müəssisəsində yanğın olub

Rusiyanın iki bölgəsində neft müəssisəsində yanğın olub

Rusiyanın Komi Respublikasının Uxta bölgəsində neft emalı zavodunda və Novosibirskdə yanacaq sürtgü yağları materialları anbarında yanğın olub. Məlumatı...

Rusiyanın Komi Respublikasının Uxta bölgəsində emalı zavodunda və Novosibirskdə yanacaq sürtgü yağları materialları anbarında yanğın olub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin regional idarələri yayıb.

Bildirilib ki, Komidə yanğın 637 kv/m. sahədə neft məhsulları rezervuarını əhatə edib. Respublikanın başçısı Vladimir Uyba yanğının istismardan çıxarılan mazut çənində planlaşdırılmış işlər zamanı baş verdiyini söyləyib. O, itki olmadığını bildirib.

Bir müddət əvvəl hadisə nəticəsində müəssisədə iki nəfərin öldüyünə dair xəbər yayılıb. Hadisə ilə əlaqədar istehsal obyektləri üçün sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi üzrə başlanıb.

Novosibirskdə yanacaq-sürtgü materialları anbarında 2 450 kv/m. sahədə yanğın olub.

Qeyd edək ki, bir ay öncə anbarda yanğın olmuşdu. Hər iki yanğın söndürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…