Əsas məzmuna keç

Rusiyadan gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb

Rusiyadan gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb

Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Qida Təhlükəsizliyi...

Rusiyadan Azərbaycana günəbaxan tumunun yararsız olduğu aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, idxalatçı “Seyfi 22” MMC-nin Rusiyadan idxal etdiyi “Darkuş Aqro” MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

"Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib", - məlumatda qeyd edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…