Operativ Məlumat Mərkəzi

Rusiyada zavodda partlayış baş verib

1 dəq
Paylaş:
Rusiyada zavodda partlayış baş verib
bu barədə vilayət FHN-i məlumat yayıb. Nəticədə təxminən 150 kvadratmetr sahədə dam örtüyünün bir hissəsi və təxminən 70 kvadratmetr sahədə divarın bir...

Rusiyanın Novosibirsk şəhərində qazlı içki istehsalı zavodunda partlayış baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vilayət FHN-i məlumat yayıb.

Nəticədə təxminən 150 kvadratmetr sahədə dam örtüyünün bir hissəsi və təxminən 70 kvadratmetr sahədə divarın bir hissəsi uçub.

Bildirilib ki, partlayış barədə məlumat yerli vaxtla saat 23:57-də daxil olub. Regional prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Qurum dəqiqləşdirib ki, hadisə zamanı zavod binasını icarəyə götürən təşkilatın 30 yaşlı əməkdaşı xəsarət alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər