Operativ Məlumat Mərkəzi

Rusiyada terror aktının qarşısı alınıb

1 dəq
Paylaş:
Rusiyada terror aktının qarşısı alınıb
bu barədə Rusiya DİN məlumat yayıb. Ukrayna kəşfiyyat agentinin Moskvaya partlayıcını çatdırmalı olduğu bildirilib. Qeyd olunub ki, hüquq-mühafizə...

Rusiya Daxili İşlər Nazirliyi Moskva regionunda terror aktı törətmək planının qarşısını alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Ukrayna kəşfiyyat agentinin Moskvaya partlayıcını çatdırmalı olduğu bildirilib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları ilkin olaraq cinayətkarın mesajlaşma tətbiqində naməlum şəxslə söhbətə başladığını və Ukrayna kəşfiyyat orqanlarına kömək etmək istəyini bildirdiyini müəyyən edib. Bildirilib ki, o, tapşırıq ilə Moskva vilayətinin Lyubertsı şəhərindəki qaraj kooperativinə gedib və orada gizlədilən yerdən partlayıcı qurğu olan bağlama götürüb. Gənc oğlan onu Moskvadakı İzmailovski parkına çatdırmalı olub. Planını həyata keçirərkən polis tərəfindən saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər