Əsas məzmuna keç

Rusiya Kiyevdə raket və PUA istehsalı olan sexin vurulduğunu iddia edir

Rusiya Kiyevdə raket və PUA istehsalı olan sexin vurulduğunu iddia edir

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada hərbi-sənaye müəssisələrinə, logistika və nəqliyyat infrastrukturuna zərbələr endirilib. Nazirlik Kiyev və Nikolayev vilayətində bir neçə obyektin, eləcə də hərbi və ikili təyinatlı yük daşıyan quru yük gəmisinin vurulduğunu bildirib.

en ru

Federasiyası oktyabrın 13-nə keçən gecə ərazisində hərbi-sənaye kompleksinin (HSK) strateji müəssisələrinə, loqistika mərkəzlərinə, habelə dəmir yolu və dəniz portu infrastrukturlarına qarşı kütləvi zərbələr endirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya hərbi idarəsinin rəsmi bəyanatına görə, hücumlar uzaqmənzilli yüksək dəqiqlikli yerüstü silahlar və kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

Moskva rəsmiləri şəhərində raket texnikası və uzaqmənzilli PUA-ların istehsalı təşkil olunan “Pulp Mill Print” poliqrafiya-sənaye müəssisəsinin hərbi təyinatlı sexinin hədəfə alınaraq vurulduğunu iddia edirlər.

Açıqlamada, həmçinin Ukrayna paytaxtında hərbi və ikili təyinatlı yüklərin daşınmasında istifadə olunan qatarların təmiri və bərpası ilə məşğul olan “Darniça” lokomotiv deposunun infrastruktura ciddi ziyan dəydiyi bildirilib.

Bəyanatda Nikolayev vilayətinin Ternovka yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatı üçün nəzərdə tutulan və ikili təyinatlı malların saxlandığı “Nova Poçta” operatoruna aid loqistika terminalının, Meşkovo-Poqorelovo qəsəbəsində isə PUA anbarının sıradan çıxarıldığı qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi, eyni zamanda Buq limanında Nikolayev liman kompleksinə hərbi təyinatlı yüklər daşıdığı iddia edilən xarici quru yük gəmisinin zərbəyə məruz qaldığını elan edib.

Məlumatda Rusiya tərəfinin bu iddialarına qarşı Ukrayna rəsmi makamlarının və ya Müdafiə Qüvvələrinin mövqeyinə yer verilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…