Əsas məzmuna keç

CICA sammiti Bakıda keçirilir: Türkiyəni Hakan Fidan təmsil edir

CICA sammiti Bakıda keçirilir: Türkiyəni Hakan Fidan təmsil edir

Bakıda CICA-nın 7-ci sammiti öncəsi liderlər ailə fotosu çəkdiriblər. Türkiyəni tədbirdə xarici işlər naziri Hakan Fidan təmsil edir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) 7-ci Sammiti öz işinə başlayıb. Mötəbər beynəlxalq tədbir öncəsi Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərinin rəhbərlərini sammitin keçirildiyi məkan üzrə qarşılayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları və digər yüksəksəviyyəli qonaqlar birgə ailə fotosu çəkdiriblər.

Sammitdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistanın Prezidenti Serdar Berdimuhamedov, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulith, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Sani və İsrail Dövlətinin Prezidenti İsaak Hersoq şəxsən iştirak edirlər.

Tədbirə həmçinin Kambocanın Baş naziri Hun Manet, Vyetnam Sosialist Respublikası Prezidentinin müavini Vo Thi Anh Xuan, Çin Xalq Respublikasının naziri Van İ (Wang Yi), Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Bəhreyn Krallığının xarici işlər naziri Abdullatif əz-Zeyani, Fələstin Dövlətinin xarici işlər və diaspor naziri Varsen Aghabekian Şahin, eləcə də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər naziri Vijitha Herath qatılıblar. Respublikasını zirvə görüşündə xarici işlər naziri təmsil edir.

Ailə fotosunun çəkilməsindən sonra dövlət və hökumət başçıları “Güclü CICA: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna həsr olunmuş sammitin plenar iclas zalına keçiblər. Zirvə görüşünün açılışında İlham Əliyev geniş nitq söyləyib.

Asiyada sülh, təhlükəsizlik, sabitliyin möhkəmləndirilməsi, ölkələr arasında siyasi dialoqun inkişafı və qarşılıqlı etimad mühitinin dərinləşdirilməsi məqsədilə təsis edilən CICA 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə yaradılıb.

Təşkilatın tərkibinə 29 üzv dövlət daxildir: Əfqanıstan, Azərbaycan, Bəhreyn, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Fələstin, Cənubi Koreya, Hindistan, İraq, İran, İsrail, Kamboca, Qətər, Qazaxıstan, Qırğızıstan, Küveyt, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rusiya, Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, İordaniya, Vyetnam və Laos. Təşkilatın mənzil-qərargahı Astana şəhərində yerləşir.

Azərbaycan Respublikası CICA-ya 2025–2026-cı illər üzrə sədrlik edir və bu çərçivədə Asiya qitəsində təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə mühüm töhfələr verir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…