Əsas məzmuna keç

Hakan Fidan Bakıda CICA sammitində Ərdoğanı təmsil edəcək

Hakan Fidan Bakıda CICA sammitində Ərdoğanı təmsil edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan CICA Dövlət və Hökumət Başçıları Şurasının VII toplantısında iştirak etmək üçün Bakıya gələcək. Onun sammitdə çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Respublikasının naziri Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Dövlət və Hökumət Başçıları Şurasının VII Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki etibarlı diplomatik mənbələrdən əldə olunan məlumata görə, Azərbaycanın ev sahibliyi edəcəyi ali səviyyəli sammitdə üzv dövlətlərin rəhbərləri ilə yanaşı, müşahidəçi ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndə heyətləri iştirak edəcəklər.

Sammitdə Asiyada qlobal siyasət və iqtisadiyyata təsir göstərən əsas geostrateji aktorların ortaq prioritetləri və çoxtərəfli əməkdaşlıq perspektivləri geniş müzakirə olunacaq. Azərbaycanın uğurlu sədrliyi dövründə irəli sürdüyü “Asiyada daha güclü CICA: bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” konseptual mövzusunun gündəliyin mərkəzində dayanacağı gözlənilir.

Toplantının yekun sənədi kimi tarixi “Bakı Bəyannaməsi”nin, eləcə də əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair xüsusi Bəyanatın qəbul edilməsi, habelə Laos Xalq Demokratik Respublikasının CICA-ya yeni tamhüquqlu üzv kimi qoşulmasının rəsmən elan olunması nəzərdə tutulur.

Hakan Fidanın sammitin plenar iclasında konseptual nitqlə çıxış etməsi və silsilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. Türkiyəli diplomatın qlobal böhranlar və geopolitik təhdidlər fonunda məsləhətləşmə, dialoq, qarşılıqlı etimad və regional məsuliyyət prinsiplərinə əsaslanan ortaq həll mexanizmlərinin vacibliyini vurğulayacağı, eləcə də effektiv çoxtərəfli diplomatiyanın güçləndirilməsinə çağırış edəcəyi bildirilir.

H.Fidanın çıxışında Yaxın Şərqdəki böhrana toxunaraq, İsrailin Qəzza zolağında həyata keçirdiyi insanlıq əleyhinə əməllərə, işğalçılıq siyasətinə və humanitar yardımların blokadasına son qoyulmasının zəruriliyini diqqətə çatdıracağı gözlənilir. O, Şərqi Qüds daxil olmaqla, 1967-ci il sərhədləri çərçivəsində iki dövlətli həll modeli əsasında ədalətli və davamlı sülhün bərqərar olması üçün beynəlxalq birliyinin təzyiqləri artırmasının vacibliyini xatırladacaq.

CICA çərçivəsində iqtisadiyyat, ticarət, rəqəmsallaşma, energetika və texnologiya sahələrində regional əməkdaşlığın önəminə toxunacaq nazirin “Orta Dəhliz” və “İnkişaf Yolu” kimi strateji nəqliyyat-logistika layihələrinin regional sabitliyə töhfəsini vurğulayacağı gözlənilir. Qeyd olunacaq ki, “Orta Dəhliz” təşəbbüsü ilə Çinin “Bir kəmər, bir yol” layihəsinin sinerjisi Avrasiya məkanında iqtisadi inteqrasiyanı daha da gücləndirəcək.

Eyni zamanda, Türkiyənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına (COP31) ev sahibliyi edəcəyini xatırladan Fidan, iqlim dəyişikliyi ilə mücadeədə və ekoloji dayanıqlılığın təmin olunmasında Ankara və Bakının koordinasiyalı liderlik rolu barədə bəyanat verəcək.

Asiyada təhlükəsizlik və əməkdaşlıq üzrə unikal dialoq platforması olan CICA kontinent ərazisinin 90 faizini və dünya əhalisinin yarısından çoxunu əhatə edən 28 dövləti bir araya gətirir.

2024–2026-cı illəri əhatə edən sədrliyi dövründə regional bağlantıların inkişafı, rəqəmsallaşma, yaşıl keçidi və kiçik-orta biznesin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Rəsmi Bakı, həmçinin CICA-nın tamhüquqlu beynəlxalq təşkilata dənüşməsi (transformasiyası) prosesinə müstəsna töhfələr verib.

Təşkilatın təsisçi üzvlərindən olan və 2010–2014-cü illərdə CICA-ya uğurla sədrlik edən Türkiyə isə hərbi-siyasi, iqtisadi və yeni təhdidlərlə mübarizə sahələrində aparıcı koordinatordan biri kimi fəaliyyətini davam etdirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…