Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, 2024-cü ilin martında keçirilməsi planlaşdırılan Rusiya prezident seçkilərində təxminən 38 milyon insan məsafədən səs verə biləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Prezident seçkilərinə gələndə təxminən 38 milyon insan potensial olaraq uzaqdan səs verə biləcək. Bu, bütün potensial seçicilərimizin üçdə birindən çoxdur", - deyə bildirib.
Pamfilova deyib ki, hökumət rusların uzaqdan səs verə biləcəyi regionların siyahısını genişləndirməyəcək.
Seçki komissiyasının sədri ölkənin yeni bölgələrində seçkilərə hazırlıq işlərinə də toxunub.
"Bu, seçki məntəqələrinin avadanlıqla təchiz edilməsi və bu məntəqələrin formal olaraq yaradılması ilə bağlı idi. Biz onların lazım olan hər şeyə malik olması üçün çox şey etdik. Təbii ki, hərbi əməliyyatların aparıldığı ərazi olduğunu nəzərə alsaq, müəyyən nüanslar var. "