Operativ Məlumat Mərkəzi

Rusiyada kafedə partlayış törətməkdə şüphəli şəxsin görüntüləri yayılıb

1 dəq
Paylaş:
Rusiyada kafedə partlayış törətməkdə şüphəli şəxsin görüntüləri yayılıb
səlahiyyətlilər tərəfindən yayılan videoda Darya Trepova sonradan partlamış heykəlciyi təhvil verdiyini etiraf edir. Lakin yayılan görüntülərdə o,...

Rusiya müstəntiqləri Sankt-Peterburqdakı kafedə partlayış törədən, müharibə tərəfdarı olan bloger Vladlen Tatarskinin qətlində şübhəli bilinən qadını saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən yayılan videoda Darya Trepova sonradan partlamış heykəlciyi təhvil verdiyini etiraf edir.

Lakin yayılan görüntülərdə o, partlayış olacağını bildiyini demir və qəbul etmir.

Sosial şəbəkələrdə yayılan videoda qəhvəyi paltolu gənc qadının karton qutu ilə kafeyə daxil olduğu görünür.

Görüntülərdə qadının oturmasından əvvəl qutunun kafedə stolun üzərinə qoyulması əks olunub. Başqa bir videoda isə heykəlin Tatarskiyə verilməsi görünür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər