Əsas məzmuna keç

Rusiyada güclü yanğın nəticəsində 7 nəfər həlak olub

Rusiyada güclü yanğın nəticəsində 7 nəfər həlak olub

Rusiyanın Surqut şəhərində baş verən yanğında dördü uşaq olmaqla yeddi nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər də xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğın “Pribrejnı-1” bağçılıq icmasındakı ikimərtəbəli evdə baş verib və 73 kvadratmetr sahəni əhatə edib.

Yanğınsöndürənlər gələnə qədər dam örtüyünün artıq uçduğu bildirilir.

Yanğının səbəbləri araşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…