Operativ Məlumat Mərkəzi

Rusiyada bir kənddə yanğın: 178 bina yanıb

1 dəq
Paylaş:
Rusiyada bir kənddə yanğın: 178 bina yanıb
yanğın zamanı 1 nəfər ölüb, 178 bina, o cümlədən 134 ev dağılıb. Alovdan zərər çəkən yüzlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib. Söndürmə...

Rusiyanın Ural federal vilayətində kənddə yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər ölüb, 178 bina, o cümlədən 134 ev dağılıb.

Alovdan zərər çəkən yüzlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib. Söndürmə işlərində 380-dən çox canlı qüvvə, 112 yanğınsöndürən maşını və bir helikopter iştirak edib.

Yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib. Faktla bağlı araşdırma başlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər