Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya XİN-ə çağrılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Finlandiya Xarici işlər nazirliyi məlumat yayıb.
"Finlandiya xarici işlər Nazirliyi bu gün Rusiyanın məsuliyyətini vurğulamaq, tam və şəffaf bir araşdırma tələb etmək üçün Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiya səfirini XİN-ə çağırıb".