Əsas məzmuna keç

Rusiya Raul Kastroya qarşı ABŞ-nin ittihamlarını pislədi

Rusiya Raul Kastroya qarşı ABŞ-nin ittihamlarını pislədi

Rusiya ABŞ-nin Raul Kastroya qarşı ittihamlarını pislədi

en ru

Kubanın daxili işlərinə müdaxilə cəhdlərini pisləyir və xalqına dəstəyini davam etdirəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində ABŞ-nin Kuba inqilabının lideri Kastroya qarşı irəli sürdüyü ittihamları şərh edib.

Zaxarova bildirib ki, Rusiya Kuba ilə tam həmrəyliyini bir daha təsdiqləyir və suveren dövlətin daxili işlərinə kobud müdaxiləni, hədə-qorxu, qanunsuz birtərəfli məhdudlaşdırıcı tədbirləri, təhdid və şantajı qətiyyətlə pisləyir.

Onun sözlərinə görə, Rusiya bu çətin dövrdə Kuba xalqına ən fəal dəstəyi göstərməyə davam edəcək.

Qeyd edək ki, mayın 20-də Ədliyyə Nazirliyi Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə “Hermanos en Rescate” humanitar təşkilatına məxsus iki Amerika təyyarəsinin vurulması ilə bağlı ABŞ vətəndaşlarının qətli və sui-qəsd ittihamları irəli sürüb.

Kuba prezidenti Migel Dias-Kanel isə ABŞ-nin ittihamlarını əsassız adlandıraraq hadisəni siyasi akt kimi qiymətləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…