Əsas məzmuna keç

Rusiya ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyib

Rusiya ordusu Ukraynada bir neçə istiqamətdə irəliləyib

Rusiya ordusu gecə boyunca davam edən döyüşlər nəticəsində Donetskin Boqdanovka kəndinə nəzarəti təmin edib. "Operativ Məlumat Mərkəzi-OMM"--in UNIAN-a...

ordusu gecə boyunca davam edən döyüşlər nəticəsində Donetskin Boqdanovka kəndinə nəzarəti təmin edib.

"Operativ Məlumat Mərkəzi-OMM"--in UNIAN-a istinadən xəbərinə görə, görülən müdafiə tədbirlərinə baxmayaraq, əraziyə cəmləşdirilən heyət Çasov Yar, Novokalinovo və Tonenkiy kəndlərinə doğru irəliləyib.
Ordusunun Baş Qərargahından bildirilib ki, Rusiya Çasov Yar istiqamətinə xeyli sayda texnika və canlı qüvvə cəmləşdirib. İvanovo kəndi ətrafındakı şiddətli döyüşlərə baxmayaraq, Rusiya ordusu qarşı tərəfin müqavimətini qıra bilməyib.

Gecə saatlarında Rusiya tərəfi Novokalinovo yaxınlığındakı dəmiryolu xəttinə nəzarəti təmin edib. Daha sonra onlar Berdiçev və Semyonovka rayonlarında qoşun yerləşdirməyə nail olublar.

Baş Qərargahdan o da bildirilib ki, hazırda Novomixaylovka və Krasnoqorovka kəndləri uğrunda ağır döyüşlər gedir. Uqledar şəhəri də Rusiya ordusunun hədəfindədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…