Operativ Məlumat Mərkəzi

Rusiya MN məlumat yaydı: 6 gündə 16 yaşayış məntəqəsi ələ keçirildi

1 dəq
Paylaş:
Rusiya MN məlumat yaydı: 6 gündə 16 yaşayış məntəqəsi ələ keçirildi
{"az":"bununla bağlı nazirlik Rusiya Silahlı Qüvvələrinin 15–21 noyabr tarixlərində Ukraynada həyata keçirdiyi əməliyyatlarla bağlı yazılı açıqlama yayıb....","en":"","ru":""}

Rusiya Müdafiə Nazirliyi bir həftə ərzində Ukraynanın Xarkov, Dnepropetrovsk, Zaporojye və Donetsk bölgələrində 16 yaşayış məntəqəsinin nəzarətini ələ keçirdiklərini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı nazirlik Rusiya Silahlı Qüvvələrinin 15–21 noyabr tarixlərində Ukraynada həyata keçirdiyi əməliyyatlarla bağlı yazılı açıqlama yayıb.

“Birliklərimiz Dnepropetrovsk bölgəsində Qay, Neçayevka və Radostnoye, Zaporojye bölgəsində Yablokovo, Rovnopolye, Veseloye və Malaya Tokmaçka, Donetskdə Platonovka, Novoselovka, Stavki, Maslyakovka və Yampol, Xarkov bölgəsində isə Dvureçanskoye, Tseqalnoye, Petropavlovka yaşayış məntəqələri və Kupyansk şəhəri azad edilib”, - açıqlamada deyilir.

Nazirliyin açıqlamasında həmçinin müharibənin başlanğıcından bəri Ukrayna ordusuna məxsus 668 təyyarə, 283 helikopter, 97 min 600-dən çox pilotsuz uçuş aparatı, 637 hava müdafiə raket sistemi, 26 min 156 tank və zirehli texnika, 1618 çoxnüvəli raketatan sistemi, 31 min 452-dən çox minaatan, eləcə də 47 mindən çox xüsusi hərbi texnikanın məhv edildiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər