Əsas məzmuna keç

Rusiya MN-in Kadrlar Baş İdarəsinin rəisi saxlanılıb

Rusiya MN-in Kadrlar Baş İdarəsinin rəisi saxlanılıb

Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb. Bu barədə TASS-a ölkənin hüquq-mühafizə...

Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib.

“General-leytenant Kuznetsov üzrə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq müstəntiq general barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib”, – agentliyin həmsöhbəti açıqlayıb.

Eyni zamanda, “Baza” teleqram kanalı mayın 13-də 235-ci Qarnizon Hərbi Məhkəməsinin mətbuat xidmətinin Kuznetsov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material dərc etdiyinə diqqət çəkib. Məhkəmə iclası saat 18:25-də baş tutub, məhkəmənin qərarı bəlli deyil.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…