Operativ Məlumat Mərkəzi

Rusiya Kiyevə 10 “İskəndər” raketi atıb

1 dəq
Paylaş:
Rusiya Kiyevə 10 “İskəndər” raketi atıb
bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib. Xatırladaq ki,...

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İskəndər” operativ-taktiki raket kompleksindən 10 raket atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər