Operativ Məlumat Mərkəzi

Rusiya Kiyev də daxil olmaqla bir neçə vilayətə raketlərlə hücum edib

1 dəq
Paylaş:
Rusiya Kiyev də daxil olmaqla bir neçə vilayətə raketlərlə hücum edib
məlumatı Kiyevin meri Vitali Kliçko və Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı yayıb. Məlumata görə, Ukrayna Hava Hücumundan...

Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə səhər saatlarında raketlərlə hücumu nəticəsində partlayış olub, itki və dağıntı barədə məlumat verilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Kiyevin meri Vitali Kliçko və Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı yayıb.

Məlumata görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketlərin zərərsizləşdirilməsi istiqamətində fəaliyyət göstərib.

Bildirilib ki, Rusiyanın “Tu-95” qırıcıları ölkənin Murmansk vilayətindəki Olenya aerodromundan uçuş edib.

Məlumata görə, Ukraynanın Çerkassk, Xarkov, Nikolayevsk vilayətlərinə də hücum olub. Hücumda İran istehsalı olan “Shahed” RUA-larından da istifadə olunduğu bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər