Əsas məzmuna keç

Rusiya Hörmüz boğazı ilə bağlı qətnaməni dəstəkləmədi

Rusiya Hörmüz boğazı ilə bağlı qətnaməni dəstəkləmədi

BMT-də veto: Çin və rəsmi Moskva Hörmüz boğazı sənədini blokladı. Mariya Zaxarova və Vasili Nebenzya qərarın pərdəarxası və təhlükəli tərəflərini açıqlayıblar.

en ru

BMT Təhlükəsizlik Şurasında ilə bağlı qətnaməni dəstəkləməkdən imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik Radiosuna açıqlamasında bildirib.

O qeyd edib ki, bu addım Təhlükəsizlik Şurasından “potensial olaraq qeyri-rəsmi və pis məqsədlər üçün istifadə” cəhdlərinin qarşısını alıb.

Bir gün əvvəl Rusiya və BMT Təhlükəsizlik Şurasında Bəhreyn və BƏƏ tərəfindən təqdim olunan Hörmüz boğazının açılması ilə bağlı qətnaməyə qoyublar.

Məlumata görə, 11 ölkə sənədin lehinə səs versə də, Rusiya və Çinin vetosu onun qəbuluna mane olub.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Moskva beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının səlahiyyətləri üçün təhlükəli presedent yarada biləcək sənədi dəstəkləyə bilməz.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…