Əsas məzmuna keç

Rusiya Azərbaycana qarşı hibrid müharibənin yeni mərhələsinə keçdi

Rusiya Azərbaycana qarşı hibrid müharibənin yeni mərhələsinə keçdi

Kreml Bakıya qarşı informasiya terroru və kiberhücumları artırır. İlham Əliyevə yönələn təxribatların pərdəarxası məlumdur. OMM-in şok detalları və sərt cavab planı...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Son həftələr sosial mediada Azərbaycana, xüsusilə İlham Əliyevə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkin kampaniya təsadüfi emosional çıxışların məcmusu deyil. Bu, izləri birbaşa Kremlə aparan sistemli, planlı və mərkəzləşdirilmiş informasiya təxribatıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə jurnalist Elçin Əlioğlu məlumat yayıb.

Qeyd edilib ki, bu proses Rusiyanın Azərbaycana qarşı apardığı müharibənin yeni mərhələsidir.

Əvvəlki mərhələdə əsas alət kiberhücumlar idisə, indi informasiya önə çıxıb. Dövlət qurumlarına, media resurslarına və infrastruktur obyektlərinə qarşı genişmiqyaslı kiberzərbələr endirilib. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə tərəfində yetərincə məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır.

Azərbaycan isə baş verənləri diqqətlə izləyir. Rusiyanın həm atdığı addımlar, həm də planlaşdırdığı növbəti gedişlər Bakıya məlumdur. Bu təxribatların cavabsız qalacağını düşünmək sadəlövhlükdür. Dövlət öz təhlükəsizlik arxitekturasını qurub və informasiya müstəvisində də adekvat cavab mexanizmlərinə malikdir.

Hibrid müharibə səssiz aparılsa da, nəticələri çox səs-küylü olur. Kreml bunu bilməlidir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil və təzyiq dili burada işləmir. hansı addımı atdığını da, sabah nə planlaşdırdığını da Azərbaycan çox yaxşı bilir.
Heç kim özünü aldatmasın.

Əgər Moskvada kimsə bu təxribatların sərt reaksiya doğurmadan cavabsız qalacağını düşünürsə, bu, təhlükəli bir illüziyadır. Azərbaycan nə təzyiqi qəbul edir, nə də arxadan qurulan oyunları bağışlayır. Hər addımın bir qarşılığı olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…