ABŞ-ın Ukraynaya yardımını bərpa etməsinin nəticələri hələlik qiymətləndirilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Belə addımların nəticələrini qiymətləndirmək lazımdır", - Zaxarova bildirib.
Eyni zamanda o, əlavə edib ki, “Kiyev rejiminə silah vurulması” beynəlxalq ictimaiyyətin, o cümlədən Qərb qanadının fəal şəkildə çağırdığı münaqişənin sülh yolu ilə həllinə kömək etmir.
Zaxarovanın sözlərinə görə, avrobürokratlar ukraynalıların və sadə avropalıların rifahını düşünmədən Ukraynada gərginliyi artırmaqda davam edirlər.