Operativ Məlumat Mərkəzi

Rusiya böyük şəhərlərdə 5G şəbəkələrini yerləşdirməyə başlayacaq

1 dəq
Paylaş:
Rusiya böyük şəhərlərdə 5G şəbəkələrini yerləşdirməyə başlayacaq
bu barədə Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev jurnalistlərə bildirib. “5G şəbəkələrinin daxili baza stansiyalarında aktiv şəkildə...

2026-cı ildə Rusiyanın iri şəhərlərində yerli baza stansiyalarında 5G şəbəkələrinin aktiv şəkildə tətbiqinə başlanılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev jurnalistlərə bildirib.

“5G şəbəkələrinin daxili baza stansiyalarında aktiv şəkildə yerləşdirilməsi 2026-cı ildə Rusiyanın iri şəhərlərində başlayacaq”, - deyən nazir şəbəkələrin işə salınması üçün hazırlıq işlərinin 2025-ci ildə aparılacağını qeyd edib.

Daha əvvəl Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, hökumət operatorlar üçün 5G şəbəkələrinə keçidi asanlaşdırmaq üçün baza stansiyalarının yaradılmasına əlavə təxminən 3,5 milyard rubl (38,61 milyon dollar) ayıracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər