Operativ Məlumat Mərkəzi

Rumıniya rusiyalı diplomatı “persona non-grata” elan edib

1 dəq
Paylaş:
Rumıniya rusiyalı diplomatı “persona non-grata” elan edib
bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb. “1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd addımlara...

Rumıniya Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd addımlara görə Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını ölkə ərazisində “persona non-grata” elan etmək qərarına gəlinib”, - məlumatda vurğulanıb.

Bundan əvvəl Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) Rumıniya vətəndaşının dövlətə xəyanət ittihamı ilə saxlandığını bildirib. Məlumata görə, o, Rumıniya və ya NATO-ya məxsus hərbi obyektlərin fotoşəkillərini Rusiyanın Buxarestdəki səfirliyinə göndərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər