Əsas məzmuna keç

Tramp: İran razılaşma əldə etməyə çox maraqlıdır

Tramp: İran razılaşma əldə etməyə çox maraqlıdır

ABŞ prezidenti NATO-nun Ankara sammitindən qayıdarkən İranla münasibətlər, Türkiyə ilə ticarət əlaqələri və beynəlxalq gündəmdəki digər məsələlər barədə açıqlamalar verib.

en ru

ABŞ Prezidenti NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammitində iştirakını başa vurduqdan sonra ölkəsinə təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp İranın hərbi təxribatlarına qarşı sərt cavab verdiklərini bildirərək, ABŞ-nin hər zərbəyə qat-qat güclü cavab verəcəyini və son əməliyyatlarda bunun nümayiş etdirildiyini deyib.

Məlumata görə, ABŞ Prezidenti Tehranın razılaşma əldə etməkdə maraqlı olduğunu iddia etsə də, İranın öhdəliklərinə sadiq qalacağına əmin olmadığını vurğulayıb.

Bildirilib ki, Tramp NATO sammitinin nəticələrini də müsbət qiymətləndirərək, ilə münasibətlərin yüksək səviyyədə olduğunu, Rəcəb Tayyib Ərdoğanla görüşünün səmərəli keçdiyini və iki ölkə arasında uğurlu sazişlərinin imzalandığını qeyd edib.

Qeyd olunub ki, ABŞ Prezidenti sammit çərçivəsində Suriya Prezidenti Əhməd Şara və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib. O, həmçinin Avropa müttəfiqlərinin müdafiə xərclərini artırmaq istiqamətində atdığı addımları və NATO daxilində birliyin möhkəmlənməsini yüksək qiymətləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…