Əsas məzmuna keç

Rubionun əsas hədəfi açıqlandı

Rubionun əsas hədəfi açıqlandı

Amerikalı ekspert Pavel Dubravski Marko Rubionun xarici siyasətdəki prioritetləri və Kuba ilə bağlı planlarını şərh edib.

ru en

ABŞ Rubionun fəaliyyətindəki ən mühüm hədəf Kubada mövcud rejimin dəyişdirilməsi olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Dubravski Konsaltinq" agentliyinin rəhbəri, amerikanist Dubravski məlumat verib.

Ekspertin fikrincə, Rubionun əsas prioriteti adada hakimiyyət dəyişikliyinə nail olmaqdır.

“Dövlət katibinin planlarına Kubadakı hakim elitanın devrilməsi daxildir. Bu proses Venesuelada sınaqdan keçirilmiş ssenari üzrə həyata keçirilə bilər. Tramp administrasiyası tərəfindən tətbiq edilən fövqəladə vəziyyət rejimi yeni sanksiyalar və rüsumlar üçün hüquqi baza yaradır”.

Bundan əlavə, Dubravski Respublikaçılar Partiyasının aralıq seçkilərdəki perspektivlərinə də toxunub.

O, Minnesota ştatında İmmiqrasiya və Gömrük Polisinin fəaliyyətinin partiyanın məğlubiyyətinə səbəb ola biləcəyini proqnozlaşdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…