Əsas məzmuna keç

Marko Rubio İrana hücumdan əvvəl Konqresi məlumatlandırıb

Marko Rubio İrana hücumdan əvvəl Konqresi məlumatlandırıb

ABŞ Dövlət katibi Marko Rubionun İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl Konqres rəhbərliyi ilə əlaqə saxladığı məlum olub.

en ru

ABŞ İrana qarşı hərbi əməliyyatların başlanmasından öncə Konqresin yalnız bir neçə yüksək rütbəli nümayəndəsini məlumatlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, zərbələr endirilməzdən əvvəl Konqresin "səkkizlər qrupu"nun ən azı bir neçə üzvü ilə danışaraq onları xəbərdar edib.

Bildirilir ki, məlumatlandırılan qanunvericilər arasında Senatın Kəşfiyyat Komitəsinin sədr müavini, senator Mark Uorner də olub. Lakin dövlət katibinin qrupun bütün səkkiz üzvü ilə əlaqə saxlaya bilib-bilmədiyi hələlik dəqiq deyil.

Bundan əvvəl isə demokrat senator Cek Rid bəyan etmişdi ki, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın keçirilməsinə razılıq verməyib.

O, həmçinin qeyd edib ki, administrasiyası tərəfindən bu əməliyyatla bağlı müvafiq əsaslandırmalar təqdim olunmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…