Əsas məzmuna keç

Rubio Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edib

Rubio Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edib

ABŞ dövlət katibi Ermənistanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik ünvanlayıb və TRIPP təşəbbüsünün icrasına nikbin baxdığını bildirib.

en ru

ABŞ Birləşmiş Ştatlar hökuməti adından xalqını Günü münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Departamentinin mətbuat xidməti rəsmi bəyanat yayıb.

Məlumata görə, Marko Rubio təbrik məktubunda ABŞ-nin Ermənistanın daha dinc, firavan və demokratik gələcəyə doğru irəliləyişini dəstəklədiyini bildirib. Dövlət katibi son bir ildə Vaşinqton və İrəvan arasında atılan “tarixi addımları” yüksək qiymətləndirərək, tərəfdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini vurğulayıb.

Xüsusilə regional infrastruktura toxunan Rubio, “Trampın beynəlxalq sülh və rifaha aparan marşrutu” (TRIPP) təşəbbüsünün icrasına, iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, ABŞ investisiyalarının cəlb olunmasına və bütün region üçün yeni imkanların yaradılmasına nikbin baxdıqlarını diqqətə çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…