Operativ Məlumat Mərkəzi

Robert Fitso xalqa müraciət edib

2 dəq
Paylaş:
Robert Fitso xalqa müraciət edib
mayın 15-də  silahlı hücum nəticəsində ağır yaralanan baş nazir  hücumdan sonra ilk dəfə kamera qarşısına keçərək açıqlama verib. Baş nazir Fitso sosial...

Slovakiyanın baş naziri Robert Fitso ötən gün xalqa müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, mayın 15-də silahlı hücum nəticəsində ağır yaralanan baş nazir hücumdan sonra ilk dəfə kamera qarşısına keçərək açıqlama verib.

Baş nazir Fitso sosial media hesabından paylaşdığı video mesajında sağlamlıq durumu, məruz qaldığı silahlı hücum və təcavüzkardan danışıb.

Fitso sağlıq durumunun tam bərpa edəcəyi təqdirdə iyunun sonu iyulun əvvəlində işə qayıda biləcəyini və ona sui-qəsd təşkil edən şəxsi bağışladığını bildirib.

Onu vuran şəxsə qarşı hər hansı bir nifrət hissi olmadığını ifadə edən nazir ona qarşı hüquqi əməliyyat başlatmayacağını və təzminat tələb etməyəcəyini bildirib.

Fitso həmçinin hücumun sağlamlığına dərindən təsir etdiyini və təkrar əməliyyatlar səbəbiylə çox ağrı və əziyyət çəkdiyini bildirib.

Xatırladaq ki, Robert Fitso mayın 15-i paytaxt Bratislava yaxınlığında Handlova qəsəbəsində Nazirlər Şurasının iclasından sonra binanın qarşısında gözləyənləri salamlayarkən silahlı hücuma məruz qalıb. Hücumun 71 yaşlı solçu Slovakiya vətəndaşı, yazıçı, siyasi fəal Yuray Tsintula tərəfindən təşkil edildiyi bildirilib. Fitso Qərb Blokuna qarşı siyasəti ilə tanınır.
Fevral ayında o, Amerikanın Kiyevi silahlandırmasına qarşı çıxışlar edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər