Azərbaycanın futzal millisi noyabrın 8-də 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirəcək. 12-ci qrupda yer alan komanda Bakıda Latviya millisini qəbul edəcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Üç oyundan beş xal toplayan Çexiya qrupun lideridir. Bir oyunda bir xal qazanan Latviya ikinci, iki matçdan bir xal əldə edən Azərbaycan isə üçüncü pillədə qərarlaşıb.
Azərbaycan millisi seçmə mərhələdə ilk oyununu oktyabrın 16-da Çexiyaya qarşı keçirib və səfərdə 1:2 hesabı ilə uduzub. Noyabrın 5-də Lənkəranda həmin rəqiblə 2:2 hesablı heç-heçə edən komanda ilk xalını qazanıb. Azərbaycan yığmasının qollarını Kənan Manafov və Ülvi Əliyev vurublar.