Operativ Məlumat Mərkəzi

Rəsmi Moskva İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib

1 dəq
Paylaş:
Rəsmi Moskva İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib
{"az":"bu gün Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Maskın Rusiya Federasiyasından sığınacaq istəməsi barədə açıqlama verib. Kreml sözçüsü Dmitri...","en":"","ru":""}

Rəsmi Moskva amerikalı iş adamı İlon Maskın Rusiyadan sığınacaq istəməsi xəbərini təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov Maskın Rusiya Federasiyasından sığınacaq istəməsi barədə açıqlama verib.

Kreml sözçüsü Dmitri Peskov bu xəbəri şayiə adlandırıb və onun Rusiyadan sığınacaq istəməsinə səbəb görmədiyini bildirib.

Rusiya XİN-dən isə bildirilib ki, Dövlət Dumasının vitse-spikeri Davankovun məlum açıqlaması artıq bütün ədəb normalarını aşıb, belə davranış onun tutduğu vəzifəyə uyğun gəlmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər