Operativ Məlumat Mərkəzi

Rəsmi Moskva Harris-Tramp debatına münasibət bildirib

1 dəq
Paylaş:
Rəsmi Moskva Harris-Tramp debatına münasibət bildirib
bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. “Xeyr, baxmağı planlaşdırmırıq. Nəsə gözləmək bizim işimiz deyil, amerikalı...

Kreml ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp arasında seçki debatını izləməyi planlaşdırmır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Xeyr, baxmağı planlaşdırmırıq. Nəsə gözləmək bizim işimiz deyil, amerikalı seçicilərin işidir”, - deyə o, jurnalistlərin müvafiq suallarını cavablandırıb.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp rəqibi, hazırkı vitse-prezident Kəmalə Harrislə debatlar keçirmək barədə razılığa gəldiyini açıqlamışdı.

Debat sentyabrın 10-da Amerikanın "ABC News" telekanalında baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər