Britaniyalı məşhur rəssam Devid Hokni 88 yaşında vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, Hokni 20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvəllərinin ən nüfuzlu və tanınmış britaniyalı rəssamlarından biri kimi qəbul olunurdu.
Onun əsərləri dəfələrlə yaşayan rəssamlar arasında ən yüksək qiymətə satılan sənət nümunələri kimi rekordlar qırıb.
Bildirilib ki, rəssamın 1972-ci ildə çəkdiyi “Bir rəssamın portreti (iki fiqurlu hovuz)” əsəri 2018-ci ildə Nyu-Yorkda “Christie’s” hərracında 90,3 milyon dollara satılıb.
Hokninin ən məşhur silsilə işlərindən biri “Sıçrama” seriyasıdır. Bu əsərlərdə suya dalan fiqurun yaratdığı su sıçramaları və hovuz səhnələri təsvir olunur.