Əsas məzmuna keç

Lebedevin Kiyevdəki mənzili hərraca çıxarılır

Lebedevin Kiyevdəki mənzili hərraca çıxarılır

Ukrayna Ali Radası tanınmış dizaynerin müsadirə olunan əmlakı ilə bağlı qərarını açıqladı. Yaroslavski Valındakı lüks yaşayış sahəsinin satış qiyməti nə qədərdir?

ru en

Rusiyalı Lebedevin Kiyevdəki mənzili 30 iyunda hərraca çıxarılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ali Radasının deputatı Dmitri Nataluxa məlumat verib.

O bildirib ki, Lebedevin 138,5 kvadratmetrlik mənzili 30 iyunda hərraca çıxarılacaq.

"Evin başlanğıc qiyməti 10.583.400 qrivna (təxminən 236.000 dollar) təşkil edir".

Qeyd edək ki, dizayner 2022-ci ildən bəri Ukrayna sanksiyaları altındadır.

2023-cü ilin iyul ayında Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun Ukraynadakı əmlakını, o cümlədən Kiyevin tarixi mərkəzində, Yaroslavski Valında yerləşən mənzilini dövlətin xeyrinə müsadirə edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…