"Milan"ın sol müdafiəçisi Teo Ernandes karyerasını "Real"da davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Məlumata görə, “Real” sağ cinah müdafiəçisi mövqeyindən əlavə, müdafiənin sol cinahını da gücləndirmək istəyir.
"Milan" fransız futbolçu ilə müqavilənin uzadılmasını müzakirə edir, lakin klub layiqli təklif olarsa, futbolçunu buraxmağa hazırdır.
Xatırladaq ki, 2019-cu ildə “Milan” Hernandesi “Real”dan 22,8 milyon avroya almışdı. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 19 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.